Miqrantların olduğu avtomobil aşdı: 8 nəfər xəsarət alıb - FOTO

Qəzalar 26 Fevral 2020 15:40 Oxunub 835
Miqrantların olduğu avtomobil aşdı: 8 nəfər xəsarət alıb - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Pakistan əsilli miqrantlar qeyri-qanuni yolla Yunanıstana keçmək istəyiblər

Türkiyənin Ədirnə vilayətində miqrantların olduğu avtomobil qəzaya uğrayıb. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, insident Çalıköy – Uzunkörpü şosesinin Dördyol qovşağında qeydə alınıb.

Məlumata görə, qeyri-qanuni yolla Yunanıstana keçmək istəyən Pakistan əsilli miqrantların olduğu minik maşını, naməlum səbəblərdən sürücünün idarəetməsindən çıxaraq yol kənarına aşıb. Nəticədə 8 nəfər xəsarət alıb. Yaralılar, təcili tibbi yardım briqadasının köməkliyi ilə

Keşan Dövlət Xəstəxanasına çatdırılıblar.

Hadisə yerinə polis və xilasetmə xidmətinin əməkdaşları cəlb edilib.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh