Sürücülərin yolunu kəsərək əl-qol atdı- 99 FX 338 - VİDEO

Qaydalar 26 Fevral 2020 16:00 Oxunub 1798
Sürücülərin yolunu kəsərək  əl-qol atdı- 99 FX 338 - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Giriş-çıxışı məhdudlaşdırmaq qadağandır

Bakıda yol kəsən sürücü Avtosfer.az-ın kamerasına düşüb. Belə ki, görüntünü qeydə alan sürücü fevralın 19-u paytaxtın Məzahir Rüstəmov küçəsinə dönmək istəyən zaman 99-FX-338 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü onun yolunu kəsib. Sürücü dayanma durma qaydasını pozaraq yola daxil olan avtomobillərin qarşısını kəsib. Yolu kəsdiyinə görə sürücü ona irad bildirən zaman o, əl-qol hərəkətləri ilə öz haqsız etirazını bildirib. Qeydə alınmış videodan da aydın şəkildə görünür ki, sürücünün qarşısında kifayət qədər yer var. Lakin o, özünə rahat olan yerdə dayanaraq digər sürücülərə narahatlıq yaradıb.

 

Təbriz

ŞƏRH YAZ
Ad

E-mail

Şərh