Masallıda kişi həyat yoldaşını, qaynını və qayınanasını güllələdi - YENİLƏNİB

Gündəm 26 Fevral 2020 16:25 Oxunub 738
Masallıda kişi həyat yoldaşını, qaynını və qayınanasını güllələdi - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Daha sonra əlindəki silahla özünə atəş açıb

Masallı rayonunda baş verən qətl hadisəsinin bəzi təfərrüatı məlum olub. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bir müddət əvvəl həyat yoldaşından ayrılan rayonun Təzəkənd kənd sakini Sarvan Nəbiyev ailə münaqişəsi zəminində keçmiş həyat yoldaşı Aliməyə, qayınanası Zemfiraya və qaynı Alimə öv tüfəngindən atəş açıb. Hadisə nəticəsində S.Nəbiyevin keçmiş həyat yoldaşı və qaynı ölüb. Qayınanası isə yaralanıb. O, Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Bundan sonra qətli törədən S.Nəbiyev yardımçı tikilidə çənə nahiyəsindən özünə atəş açıb. 

Şahidlərin bildirdiyinə görə, hadisə qız tərəfinin oğlanın evinə cehizlərini götürmək üçün gələn zaman baş verib. 

Qeyd edək ki, boşanan gənc ailənin iki azyaşlı uşağı var. 

Faktla bağlı araşdırma aparılır.

***

Masallı rayonunda dəhşətli qətl hadisəsi baş verib. Masallı rayon, Təzəkənd kənd sakini ailə münaqişəsi zəminində avtomatla həyat yoldaşını, qaynını və qayınanasını güllələyib. Daha sonra əlindəki silahla özünə atəş açıb. Hadisəni törədən şəxsin həyat yoldaşı və qaynı yerindəcə keçinib. Qayınanasının vəziyyəti isə ağırdır.

Hadisəyə səbəb həyat yoldaşının ondan boşanmaq istəməsi olub. Məlumata görə, qadının yaxınları evdən mebellərini aparmağa gəliblərmiş.

 

Baku.ws

ŞƏRH YAZ
Ad

E-mail

Şərh