Bakıda satıcını bıçaqlayan şəxs saxlanıldı - VİDEO

Gündəm 26 Fevral 2020 20:15 Oxunub 729
Bakıda satıcını bıçaqlayan şəxs saxlanıldı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
1977-ci il təvəllüdlü Ramin Cavadov saxlanılaraq 27-ci Polis Bölməsinə təhvil verilib

Bakının Yasamal rayonunda yerləşən marketlərindən birində oğurluğa cəhd hadisəsi baş verib.

Avtosfer.az xəbər verir ki, bu barədə "Report"a Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

Onun sözlərinə görə, hadisəni törədən şəxsin hərəkətlərinin qarşısı satıcı tərəfindən alınarkən ona bıçaq xəsarəti yetirməklə həmin ünvandan qaçmağa çalışıb.

Ərazidə xidmətdə olan Yasamal Rayon Polis İdarəsinin Post Patrul Xidməti əməkdaşlarının çevik və operativ müdaxiləsi ilə əvvələr Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş 1977-ci il təvəllüdlü Ramin Cavadov saxlanılaraq 27-ci Polis Bölməsinə təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh