Vilayət Eyvazov polkovnik-leytenanta yüksək vəzifə verdi

Gündəm 26 Fevral 2020 20:30 Oxunub 1296
Vilayət Eyvazov polkovnik-leytenanta yüksək vəzifə verdi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Rövşən Babayev xidmət üzrə rəis müavini işləyib

Daxili İşlər Nazirliyində növbəti kadr dəyişikliyi olub.

Avtosfer.az Oxu.Az-a istinadən məlumatına görə, bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

Əmrə əsasən, Polis polkovnik-leytenantı Babayev Rövşən Əli oğlu DİN-in Nəqliyyatda Baş Polis idarəsinin Dəmir yolu nəqliyyatında polis idarəsinin Gəncə xətt şöbəsinə rəis təyin olunub. O, bundan əvvəl Mingəçevir Şəhər Polis Şöbəsinin xidmət üzrə rəis müavini işləyib.

Qeyd edək ki, bir müddət əvvəl DİN-in Nəqliyyatda Baş Polis idarəsinin Dəmir yolu nəqliyyatında polis idarəsinin Gəncə xətt şöbəsinin rəisi Şadəm Hüseynov təqaüdə göndərilmişdi.

Gültən Qədirli

ŞƏRH YAZ
Ad

E-mail

Şərh