Avtosfer.az | Reklam
Yer kürəsinin yeni təbii peyki kəşf edilib
Maraqlı 26 Fevral 2020 20:49 462 dəfə oxunub
Yer kürəsinin yeni təbii peyki kəşf edilib
Açıqlamada asteroidin diametrinin 1-6 metr olduğu qeyd olunub

"2020 CD3" kiçik asteroidi müvəqqəti olaraq Yer kürəsinin ikinci təbii peykinə çevrilib. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə Smitson Astrofizika Rəsədxanasının Kiçik Planetlər Mərkəzinin məlumatında bildirilir. “Orbitlərin uzlaşmasına görə həmin cisim Yer kürəsinə müvəqqəti bağlanıb. Günəş işığının təzyiqi ilə bağlı hər hansı sapma əlamətləri, habelə məlum olan süni obyektlə əlaqəsi aşkarlanmayıb”, - deyilən açıqlamada asteroidin diametrinin 1-6 metr olduğu qeyd olunub.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh