Qaxda qəza oldu, xəsarət alan var

Qəzalar 26 Fevral 2020 21:45 Oxunub 1445
Qaxda qəza oldu, xəsarət alan var
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır.

Qaxda yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az "Report"un Şimal-qərb bürosuna istinadən məlumatına görə, hadisə axşam saatlarında Zaqatala-Qax avtomobil yolunun rayonun Ləkit kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "VAZ" və "Ford" markalı avtomobillər toqquşub. Nəticədə "VAZ"ın sürücüsü, rayonun Güllük kənd sakini, 1970-ci il təvəllüdlü Şahin Kamaləddin oğlu Mənəfov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh