Avtosfer.az | Reklam
Vilayət Eyvazov qəbul keçirəcək
Gündəm 27 Fevral 2020 10:45 167 dəfə oxunub
Vilayət Eyvazov qəbul keçirəcək
Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov tərəfindən 2020-ci il fevral ayının 28-də Şirvan şəhər Polis Şöbəsində Şirvan, Sabirabad, Salyan, Neftçala, Hacıqabul, Biləsuvar, Cəbrayıl, İmişli, Zərdab, Saatlı şəhər və rayonlarının sakinlərinin qəbulunun keçirilməsi nəzərdə tutulub. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, artıq vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.

Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

 

Namiq Musayev

ŞƏRH YAZ
Ad
E-mail
Şərh