Avtosfer.az | Reklam
Ötən gün baş verən yol qəzalarında – 5 ölü, 1 yaralı
Gündəm 27 Fevral 2020 11:10 127 dəfə oxunub
Ötən gün baş verən yol qəzalarında – 5 ölü, 1 yaralı
Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb

Ötən gün daxili işlər orqanları tərəfindən qeydə alınan cinayət və hadisələr haqqında statistik məlumatlar açıqlanıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 23 cinayətin üstü “isti izlər”lə açılıb. 

Əvvəlki dövrlərdən bağlı qalmış 19 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 35 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 22 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 ağır yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 5 nəfər ölüb, 1 nəfər xəsarət alıb.   

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb.

 

Namiq Musayev

ŞƏRH YAZ
Ad
E-mail
Şərh