Avtosfer.az | Reklam
Bakıda 3 nəfərin öldüyü dəhşətli qəza ilə bağlı - VİDEO
Qəzalar 27 Fevral 2020 12:10 344 dəfə oxunub
Bakıda 3 nəfərin öldüyü dəhşətli qəza ilə bağlı - VİDEO
"BMW", “Daewoo” və “Fiat” markalı avtomobillər toqquşub

Bakının Qaradağ rayonu ərazisində 3 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, fevralın 26-da saat 16 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində Abşeron rayon sakini B.Əliyevin idarə etdiyi “BMW”, Bakı şəhər sakini Pərviz Yusifzadənin idarə etdiyi “Daewoo” və Şəki rayon sakini Hikmət Lətifovun idarə etdiyi “Fiat” markalı avtomobillər toqquşub.

Nəticədə H.Lətifov, P.Yusifzadə və sərnişini Ağdam rayon sakini Fatma Quliyeva hadisə yerində ölüb, digər sürücü xəstəxanaya yerləşdirilib.

Qaradağ RPİ tərəfindən araşdırma aparılır.

 

Namiq Musayev

VIDEO
QALEREYA
ŞƏRH YAZ
Ad
E-mail
Şərh