Avtosfer.az | Reklam
Qaxda “07” ilə vurulan piyada öldü
Qəzalar 27 Fevral 2020 12:34 109 dəfə oxunub
Qaxda “07” ilə vurulan piyada öldü
Araşdırma aparılır

Qax şəhərində piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, fevralın 26-da saat 20 radələrində Qax şəhərində şəhər sakini X.Əhmədov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən həmyerlisi Məmmədəli Sultanovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada vəfat edib.

Qax RPŞ tərəfindən araşdırma aparılır.

 

Namiq Musayev

ŞƏRH YAZ
Ad
E-mail
Şərh