Avtosfer.az | Reklam
“Koronavirus xəstəsi Azərbaycana müntəzəm marşrut xətti ilə daxil olmayıb”
Gündəm 27 Fevral 2020 12:35 186 dəfə oxunub
“Koronavirus xəstəsi Azərbaycana müntəzəm marşrut xətti ilə daxil olmayıb”
Mikroavtobus Gürcüstana keçən zaman sərhəddə xəstəlik təşhis olunub

“Gürcüstanda koronavirusa yoluxduğu deyilən şəxs İrandan Azərbaycana müntəzəm marşrut xətti ilə daxil olmayıb”. Avtosfer.az xəbər verir ki, bu sözləri “Qafqazinfo”ya açıqlamasında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova deyib. Onun sözlərinə görə, Gürcüstana keçən 50 yaşlı koronavirus xəstəsi Azərbaycan ərazisində hər hansı müntəzəm marşrut xətlərindən istifadə etməyib: “Mikroavtobus Gürcüstana keçən zaman sərhəddə xəstəlik təşhis olunub”.

Qeyd edək ki, Gürcüstan mediası Marneuli sakini olan şəxsin yanında daha bir neçə nəfər də olduğunu və onların Azərbaycanda karantində saxlanıldığını bildirib. Marneuli sakininin yol yoldaşı isə Tbilisidə xəstəxanaya yerləşdirilsə də, onda koronavirus tapılmayıb.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh