Avtosfer.az | Reklam
Azərbaycanda "Baron Şəmi" və oğlu güllələnərək öldürüldü - FOTO - YENİLƏNİB
Gündəm 27 Fevral 2020 17:52 256 dəfə oxunub
Azərbaycanda "Baron Şəmi" və oğlu güllələnərək öldürüldü - FOTO - YENİLƏNİB
Gülələnənlərdən biri "Baron Şəmi" ləqəbi ilə tanınan narkobaron Şəmsəddin Kərimovdur

Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin Mətbuat birgə məlumatına görə, fevralın 27-də saat 14 radələrində Yardımlı rayonunun Eçara kəndi ərazisində Masallı rayon sakinləri Şəmsəddin Kərimovun və oğlu Elməddinin odlu silahla qətlə yetirilmiş meyitlərinin aşkar edilməsi barədə daxil olan məlumat əsasında polis və prokurorluq orqanları əməkdaşları hadisə yerinə baxış keçiriblər. İlkin araşdırmalarla müəyyən edilib ki, həmin gün saat 12 radələrində Nurəddin Kərimov və oğlu Kənan kənd ərazisindəki otlaq sahəsində çəpərləmə işləri apararkən yaxın qohumları olan Şəmsəddin Kərimov və oğlu Elməddin ora gələrək etirazlarını bildiriblər. Yaranmış mübahisə nəticəsində Kənan odlu silahdan atəş açmaqla əmisi Şəmsəddin Kərimovu və əmisi oğlu Elməddini qətlə yetirərək oradan qaçıb. Hadisə yerindən bir ədəd, Nurəddin Kərimova məxsus fermadan isə iki ədəd ov tüfəngi aşkar edilərək götürülüb.

Faktla bağlı Yardımlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Nurəddin Kərimov saxlanılmış, cinayəti törətməkdə şübhəli bilinən oğlu Kənanın isə tutularaq istintaqa təhvil verilməsi, habelə faktın tam və hərtərəfli araşdırılması məqsədilə təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

***

Masallı sakini əmisini və əmisi oğlunu gülləyib. Hadisə bu gün Yardımlı rayonunda baş verib. Masallı sakini əmisini və əmisi oğlunu güllələyib. Onlar masallı rayon sakinləri - Kərimov Şəmsəddin Fəxrəddin oğlu və onun oğlu, Kərimov Niyaməddin Şəmsəddin oğludur. Hər iki şəxsin öldüyü bildirilir. 

Faktla bağlı araşdırma aparılır. 

Gülələnənlərdən biri "Baron Şəmi" ləqəbi ilə tanınan narkobaron Şəmsəddin Kərimovdur. (apa)

***

Yardımlı rayonunda odlu silahdan açılan atəş nəticəsində iki nəfər ölüb. Avtosfer.az-ın "Report"a istinadən verdiyi məlumata görə, hadisə rayonun Eçara kəndində qeydə alınıb. Belə ki, həmin kəndin ərazisində odlu silahdan açılan atəş nəticəsində hələlik şəxsiyyəti məlum olmayan iki nəfər ölüb. Onların ata və oğul olduğu bildirilir.

Hadisənin torpaq mülkiyyətinin bölünməsi üstündə yaranan münaqişə zəmində baş verdiyi ehtimal edilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh