Bu ilin 10 ən etibarsız avtomobil brendləri - SİYAHI

Avtoxəbər 27 Fevral 2020 16:00 Oxunub 1586
Bu ilin 10 ən etibarsız avtomobil brendləri - SİYAHI
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu barədə 36,555 sürücü arasında sorğu keçiriblər

“JD Power” portalının ekspertləri 2020-ci ilin 10 ən etibarsız avtomobil brendlərinin adlarını açıqlayıblar. Avtosfer.az xəbər verir ki, onlar bunun üçün 2017-ci il buraxılışı olan modelləri istifadə edən 36,555 sürücü arasında sorğu keçiriblər.

Ekspertlə sorğunun nəticələrini, 3 il ərzində istifadə olunan modellərdə yaranan nasazlıqları qeydə alaraq avtomobillərin etibarlılığını qiymətləndiriblər.

Reytinq tərtibatçıları qeyd edirlər ki, ümumilikdə son illərdə nasazlıqlarla bağlı edilən şikayətlərin sayı azalıb, lakin bir sıra markalar hələ də liderlərdən geri qalır.

Aşağıda biz sizə 2020-ci ilin 10 ən etibarsız avtomobil brendlərinin reytinqi ilə tanış edəcəyik.

 

10. “Subaru” – Sorğuya əsasən, bu markanın 100 avtomobilində problemlə bağlı 154 şikayət gəlib.

9. “Infiniti” - 155

8. “Dodge” - 158

7. “Jeep” - 159

6. “Fiat” - 160

5. “GMC” – 162

4. “Volvo” - 185

3. “Jaguar” - 186

2. “Chrysler” - 214

1. “Land Rover” - 220

 

Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh