Rostovda 3 avtomobil toqquşdu: 3 ölü, 1 yaralı - FOTO

Qəzalar 27 Fevral 2020 16:43 Oxunub 894
Rostovda 3 avtomobil toqquşdu: 3 ölü, 1 yaralı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə yerinə polis və xilasetmə xidmətinin əməkdaşları cəlb edilib

Rusiyanın Rostov əyalətində 3 nəqliyyat vasitəsinin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, insident bu gün günorta saatlarında Rostov-Semikarakorsk-Volqodonsk avtomagistralının 8-ci kilometrliyində qeydə alınıb. Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Region üzrə Mətbuat Xidmətindən məlumat verilib.

Məlumata görə, “Renault Logan”, “VAZ-2114” və “Hyundai Accent” markalı avtomobillər toqquşub.

Nəticədə 3 nəfər ölüb, daha 1-i isə xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis və xilasetmə xidmətinin əməkdaşları cəlb edilib.

 

Namiq Musayev

 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh