BNA-dan işıqların sönməsi ilə bağlı TƏCİLİ MƏLUMAT

Gündəm 27 Fevral 2020 16:47 Oxunub 829
BNA-dan işıqların sönməsi ilə bağlı TƏCİLİ MƏLUMAT
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Svetofor işləməyən ərazilərdə hərəkət DYP əməkdaşları tərəfindən tənzimlənir

Elektirik enerjisinin kəsintisi ilə əlaqədar Bakı Metropoliteninin “Həzi Aslanov”, “Əhmədli”, “Xalqlar Dostluğu”, “Neftçilər” və “Koroğlu” stansiyalarının ətrafında yarana biləcək sərnişin sıxlığının vaxtında aradan qaldırılması məqsədi ilə operativ tədbirlər həyata keçirilir. Avtosfer.az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyinin məlumatına görə, hazırda qeyd edilən metrostansiyaların ətrafına müntəzəm marşrut xətləri üzrə əlavə avtobuslar cəlb edilir. Həmçinin, elektirik enerjisinin kəsintisi ilə əlaqədar hazırda paytaxtın Nizami və Xətai rayonları ərazisindəki 20-ə yaxın kəsişmədə svetoforların fəaliyyəti dayanıb. Svetoforların işinin bərpası ilə bağlı hazırda müvafiq qurumlarla birgə operativ tədbirlər həyata keçirilir. Eyni zamanda svetoforların işləmədiyi kəsişmələr barədə aidiyyəti üzrə məlumat verilib və həmin kəsişmələrdə hərəkət Dövlət Yol Polisi əməkdaşları tərəfindən tənzimlənir.

Sürücülərdən svetoforların işi bərpa edilənədək ərazidəki yol nişanlarının tələbini və nizamlanmayan yolayrıcını keçmə qaydalarını əsas tutaraq hərəkət etmələri xahiş olunur. 

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh