"20 Yanvar dairəsində süni sıxlığın səbəbi..." - VAQİF ƏSƏDOV

Gündəm 27 Fevral 2020 17:55 Oxunub 899
"20 Yanvar dairəsində süni sıxlığın səbəbi..." - VAQİF ƏSƏDOV
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sıxlıq dayanma-durma və ya parklanma tələblərinin pozulması ilə əlaqədardır

“Hal-hazırda işıqforlada yaranmış nasazlıqlar aradan qaldırılana qədər əməkdaşlarımız ərazidə xidmət aparır və keçmə növbəliyini təmin edir”. Bu sözləri News24.az-a Bakı şəhər BPİ Dövlət Yol Polis İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov paytaxtda işıqforların işləməməsi ilə bağlı yollardakı son vəziyyət haqda açıqlama verərkən deyib. O qeyd edib ki, yaranan vəziyyətlə bağlı xoşagəlməz hal qeydə alınmayıb: “20 Yanvar dairəsində hərəkətin dəyişiklik edilməsi ilə bağlı Müzəffər Hüseynov küçəsi istiqamətində süni sıxlıq yaşanır. Həmin ərazidəki sıxlıq dayanma-durma və ya parklanma tələblərinin pozulması ilə əlaqədardır. Artıq əməkdaşlarımız və aidiyyatı qurumujn ora dəvət edilməsi bu problemi aradan qaldırıb”.

V.Əsədov bu kimi hallarda sürücü və piyadaların necə hərəkət etmələri ilə bağlı tövsiyə də verib: “İşıqforların hər hansı bir səbəbdən işləmədiyi halda sürücülər və piyadalar çaşmamalıdırlar. Ümidvaram ki, belə olduğu halda bütün növ hərəkət iştiakçıları öz hərəkərlərini davam etdirirlər. Nizamlanan yol ayrıcında, yəni işıqforla tənzimlənən yol ayrıcında işıqforda hansısa texniki nasazlıq baş verərsə, sürücülər bilir ki, həmin ərazidə qoyulmuş yol nişanlarının tələblərinə uyğun hərəkət etməlidir. Əgər həmin ərazidə yol nişanı yoxudrsa, sağdan keçən nəqliyyat vasitəsinə üstünlük verməklə hərəkətinə davam etdirməlidir”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh