Təqaüdçü qadına kömək edən sürücü cərimələndi - VİDEO

Qaydalar 27 Fevral 2020 19:56 Oxunub 1573
Təqaüdçü qadına kömək edən sürücü cərimələndi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə Başqırdıstanda baş verib

Başqırdıstan Respublikasında təqaüdçü qadına kömək edən sürücü cərimələnib. Avtosfer.az xəbər verir ki, hadisə Sterlitamake şəhərində baş verib. Bu barədə "Россия 24" telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, sürücü yolda hərəkətdə olduğu zaman evin damından yol kənarında dayanan yaşlı qadının üzərinə qar yığınının düşdüyünü və onun zərbənin təsirindən yerə yıxıldığını görüb. Sürücü kömək məqsədi ilə avtomobilini yolun əks istiqamətinə sürüb.

Ancaq, qayda pozuntusu ərazidə xidmət aparan Yol Patrul Xidmətinin (YPX) əməkdaşları tərəfindən qeydə alınıb və qaydapozan sürücü 5000 rubl (130 AZN) cərimə olunub.

Bundan sonra sürücü görüntüləri sosial şəbəkədə yayımlayıb. İzləyicilər kadrları şərh edərək sürücünü haqlı görsələr də, YPX-nin əməkdaşlarını qınayıblar.

 

Namiq Musayev

 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh