İmişlidə qadın piyadanı avtomobil vurdu

Qəzalar 27 Fevral 2020 20:06 Oxunub 989
İmişlidə qadın piyadanı avtomobil vurdu
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

İmişli rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, qəza Mürsəlli kəndi ərazisində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini, 1961-ci il təvəllüdlü Ziyafət İslam qızı Əliyevanı avtomobil vurub. Yaralı İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh