Vilayət Eyvazov yol polisinə yeni rəis təyin etdi - ÖZƏL

Yol polisi 27 Fevral 2020 23:32 Oxunub 6287
Vilayət Eyvazov yol polisinə yeni rəis təyin etdi -  ÖZƏL
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qara Abdullayev Nəsimi rayon DYPŞ-in rəisi təyin olunub

Nəsimi rayon Dövlət Yol Polisi Şöbəsinə yeni rəis təyin olunub. Avtosfer.az-ın əldə etdiyi məlumata görə, Daxili İşlər Naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə polis mayoru Qara Abdullayev Nəsimi DYPŞ-ə rəis təyin edilib. 

Q. Abdullayev bundan əvvəl Abşeron Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin İnzibati Təcrübə üzrə Baş İnspektoru vəzifəsində çalışıb. 
Xatırladaq ki, Nəsimi rayon DYPŞ-ın rəisi Qəhrəman Qələndərnov yaş həddi ilə bağlı təqaüdə göndərilib.

 

Orxan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh