Qazaxıstanda ağır yol qəzası: 5 ölü, 1 yaralı - FOTO

Qəzalar 28 Fevral 2020 13:03 Oxunub 982
Qazaxıstanda ağır yol qəzası: 5 ölü, 1 yaralı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır

Qazaxıstanın Atırausk əyalətində iki avtomobilin vasitəsinin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, insident bu gün Gülsarı – Tenqiz avtomagistralının 25-ci kilometrliyində qeydə alınıb. Bu barədə ölkənin Daxili İşlər Nazirliyinin saytında məlumat dərc olunub.

Məlumata görə, “Chevrolet Aveo” və "LADA 2131" markalı minik avtomobilləri toqquşub. Zərbənin şiddətində hər iki maşın deformasiyaya uğrayıb

Nəticədə “Chevrolet”də olan 4 nəfərlə “LADA”nın sürücüsü aldıqları xəsarətlərdən hadisə yerində dünyasını dəyişiblər. “2131”in daha bir sərnişini isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh