Gədəbəydə iki avtomobil toqquşdu, ana və oğlu öldü - FOTO

Qəzalar 28 Fevral 2020 15:50 Oxunub 1322
Gədəbəydə iki avtomobil toqquşdu, ana və oğlu öldü - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
”Mitsubishi Pajero” markalı avtomobil “VAZ-21011”-lə toqquşub

Gədəbəydə baş verən yol qəzasında ölənlərin və yaralananların adları məlum olub. Avtosfer.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, qəza nəticəsində “VAZ-21011”in sürücüsü, 1989-cu il təvəllüdlü Hüseynov Ruslan İbrahim oğlu və avtomobildə olan sərnişin, sürücünün anası Hüseynova Nüşabə Telman qızı aldıqları xəsarətdən hadisə yerində ölüblər. 1955-ci il təvəllüdlü Mahir Tağıyev, 2010-cu il təvəllüdlü Məcid Nuriyev və 1961-ci il təvəllüdlü Səriyyə Nuriyeva xəsarətlə xəstəxanaya yerləşdiriliblər.

***

saat 13:34

Gədəbəydə ölümlə nəticələnən ağır yol qəzası baş verib. Hadisə rayonun Düzyurd kəndində qeydə alınıb. “”Mitsubishi Pajero” markalı avtomobil “VAZ-21011” markalı maşınla toqquşub. Qəza nəticəsində nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb.

Faktla bağlı araşdırma aparılır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh