İsveçrə hakimiyyəti Cenevrə avto sərgisinə qadağa qoydu

Gündəm 28 Fevral 2020 16:20 Oxunub 1033
İsveçrə hakimiyyəti Cenevrə avto sərgisinə qadağa qoydu
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hər hansı bir ictimai tədbirlərədə qadağa qoyulub

Koronavirusun daha bir qurbanı. Bu gün, İsveçrə hakimiyyəti bütün ictimai tədbirlərə qadağa qoyub, Cenevrə avtosalonu da daxil olmaqla.

Avtosfer.az xəbər verir ki, martın 3-də açılışı baş tutacaq Cenevrə avtosalonu və bütün bu cür sərgilərə aiddir. Qadağa 1000-dən çox insanın iştirak etdiyi tədbirlərə aiddir. İsveçrə hakimiyyəti bildirib ki, qadağa 15 Marta qədər olacaq, lakin sonra uzadıla bilər.

Dünən, Avropanın əsas motor şousunun təşkilatçıları elan etmişdilər ki, sərgi baş tutacaq və iştirakçılardan və qonaqlardan koronavirus epidemiyasının yayılmasına qarşı tədbir görmələrini xahiş etmişdilər. Adətən bu avtomobil sərgisini 600 minə yaxın insan ziyarət edir.

Nazim Nadiroğlu

ŞƏRH YAZ
Ad

E-mail

Şərh