DTX-nin strukturunda dəyişiklik edildi

Gündəm 28 Fevral 2020 19:00 Oxunub 794
DTX-nin strukturunda dəyişiklik edildi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb

"Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 yanvar tarixli 724 nömrəli fərmanda dəyişiklik edilib. Bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

Fərmanla “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin strukturu”nda və “Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına saxlanılan Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularının və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin sisteminə işə götürülən işçilərin ştat sayının həddi”ndə dəyişiklik təsdiq edilib. Nazirlər Kabinetinə bu fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh