Bakı sakinləri: “Yağışda küçələrimiz gölü xatırladır, yayda isə içməyə su tapmırıq” - VİDEO

Gündəm 28 Fevral 2020 19:15 Oxunub 816
Bakı sakinləri:                         “Yağışda küçələrimiz gölü xatırladır, yayda isə içməyə su tapmırıq”  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yağışlı havada küçələrimiz gölü xatırladır

Sabunçu rayonunun Zabrat qəsəbəsi, Frunze 5 ünvanında yaşayan sakinlər yol və su problemindən əziyyət çəkirlər. 

Avtosfer.az Baku TV-ə istinadən xəbər verir ki, yolların bərbad vəziyyətdə olması, kanalizasiyanın işləməməsi və suyun gəlməməsi barədə sakinlər bir neçə dəfə aidiyyəti qurumlara müraciət ediblər.

Onlar müraciətlərinin bu günədək cavabsız qaldığını bildirirlər:

“Yağışlı havada küçələrimiz gölü xatırladır, yay aylarında içməyə su tapmırıq. Kanalizasiya isə bütün fəsillərdə ümumi problem olaraq qalır. Yollar bərbad vəziyyətdə olduğu üçün bura taksi gəlmir. Təcili yardım da nadir hallarda gəlir, o da iş işdən keçəndən sonra”.

Məsələ ilə bağlı Sabunçu rayon İcra Hakimiyyətinə müraciət etsək də, rəsmi nümayəndələrlə əlaqə yarada bilmirik. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh