Yanacaq çənində kompüter üçün yaddaş qurğuları aşkarlandı

Gündəm 28 Fevral 2020 20:00 Oxunub 681
Yanacaq çənində kompüter üçün yaddaş qurğuları aşkarlandı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan ölkəmizə idarə etdiyi "Mercedes-Benz 190" markalı avtomobil ilə gələn Azərbaycan Respublikası vətəndaşı Əməliyyat və Təhqiqat İdarəsinin məlumatı əsasında saxlanılıb və şifahi sorğu-sual edilib.

Avtosfer.az xəbər verir ki, sorğu-sual zamanı o, idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib. Lakin gömrük yoxlaması zamanı avtomobilin yanacaq çənindən üzərində 7 ədəd "My Passport 1tb", 3 ədəd "My Passport 2 tb", 6 ədəd "Expansion 2tb", 9 ədəd "Samsung V-Nanad SSD 860 EVO 500 GB" yazılan kompüter üçün yaddaş qurğuları aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh