ASCO-da koronavirusla bağlı “qaynar xətt" və qərargah fəaliyyətə başlayıb

Gündəm 28 Fevral 2020 21:00 Oxunub 1227
ASCO-da koronavirusla bağlı “qaynar xətt" və qərargah fəaliyyətə başlayıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Zənglər günün 24 saatı ərzində qəbul olunacaq və müraciətlər operativ şəkildə cavablandırılacaq.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) məxsus “Dənizçilər Poliklinikası” MMC-də koronovirusla bağlı (050) 274 30 82 nömrəli “qaynar xətt" fəaliyyətə başlayıb. ASCO-dan Avtosfer.az-a verilən məlumata görə “Qaynar xətt” vətəndaşların maarifləndirilməsi, məlumatlandırılması və virusla bağlı suallarının cavablandırılması məqsədilə yaradılıb. Zənglər günün 24 saatı ərzində qəbul olunacaq və müraciətlər operativ şəkildə cavablandırılacaq.

ASCO-da “Qaynar xətt”lə yanaşı, koronavirusla bağlı rəhbər şəxslərdən ibarət qərargah da yaradılıb.

Gültən Qədirli

ŞƏRH YAZ
Ad

E-mail

Şərh