Kürdəmirdə zəncirvari qəza oldu, xəsarət alanlar var - FOTO

Qəzalar 28 Fevral 2020 22:00 Oxunub 920
Kürdəmirdə zəncirvari qəza oldu, xəsarət alanlar var - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Volkswagen” markalı avtomobil “Mercedes”ə çırpılıb

Kürdəmirdə zəncirvari yol qəzası olub.

Avtosfer.az "Report"un Yuxarı Şirvan bürosuna istinadən xəbər verir ki, hadisə Bakı-Qazax yolunun 204-cü kilometrliyində, yolun Kürdəmirin Qarabucaq kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 1954-cü il təvəllüdlü Dadaşov Gülməmməd Selan oğlu idarə etdiyi “Ford” markalı mikroavtobusla iribuynuzlu heyvanı vurub. Bundan sonra “Mercedes” markalı avtomobilin sürücüsü, 1982-ci il təvəllüdlü Bərdə sakini Abdullayev Samir Vaqif oğlu ölmüş heyvanın yolun ortasındakı cəsədini görərək nəqliyyat vasitəsinin sürətini azaldıb. Bu zaman arxadan gələn, Bərdə sakini Azər adlı sürücünün idarə etdiyi “Volkswagen” markalı avtomobil “Mercedes”ə çırpılıb. Nəticədə “Mercedes” yoldan çıxaraq su kanalına düşüb. 

Hadisə zamanı “Mercedes”də olan sərnişinlər - Bakı sakinləri, 1983-cü il təvəllüdlü Məhərrəmov Zakir Baxşəli oğlu, 1956-cı il təvəllüdlü Rəhimov Qalib Kərim oğlu, Bərdə sakini, 1988-ci il təvəllüdlü Novruzova Vüsalə Mehman qızı və “Ford”un sürücüsü, Kürdəmir rayon sakini Dadaşov Gülməmməd Selan oğlu müxtəlif növ bədən xəsarətləri alıblar. Yaralılar təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar və Travmatologiya şöbəsinə yerləşdiriliblər.

Fakt araşdırılır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh