Neftçalada yol qəzası oldu, xəsarət alan var

Qəzalar 28 Fevral 2020 22:45 Oxunub 1058
Neftçalada yol qəzası oldu, xəsarət alan var
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yaralı Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və əməliyyat olunub

Neftçala rayonunda yol qəzası baş verib.

Avtosfer.az “Report”un Aran bürosuna istinadən məlumatına görə, hadisə axşam saatlarında Mikayıllı kəndində qeydə alınıb. Kənd sakini, 1961-ci il təvəllüdlü Gözəlov Rafael Soltan oğlunun idarə etdiyi motosiklet avtomobillə toqquşub. Nəticədə motosikletin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralı Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və əməliyyat olunub. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh