Dünyanın ən varlı insanları 444 milyard ABŞ dolları itirdi

Gündəm 29 Fevral 2020 08:00 Oxunub 766
Dünyanın ən varlı insanları 444 milyard ABŞ dolları itirdi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Tesla” şirkətinin başçısı İlon Mask şirkətin aksiyaların qiymətinin düşməsindən sonra bu həftə 9 milyard ABŞ dolları itirib

Koronavirusun yayılması fonunda fond birjalarında ciddi azalma səbəbindən bu həftə dünyanın 500 ən varlı insanının ümumi sərvəti 444 milyard ABŞ dolları azalıb. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, dünyanın üç ən zəngin insanı: “Amazon” korporasiyasının başçısı Ceff Bezos, “Microsoft”un həmtəsisçisi Bill Qeyts və LVMH (“Louis Vuitton Moet Hennessy”) fransız şirkətləri qrupunun baş direktoru Bernar Arno ən böyük itkilərə məruz qalıblar. Agentliyin qiymətləndirilmələrinə görə, onların ümumi sərvəti təxminən 30 milyard ABŞ dolları azalıb. Planetin ən zəngin insanlarının reytinqində 25-ci yeri tutan “Tesla” şirkətinin başçısı İlon Mask şirkətin aksiyaların qiymətinin düşməsindən sonra bu həftə 9 milyard ABŞ dolları itirib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh