Bakıda idarəetmədən çıxan avtomobil digər minik maşınını aşırıb - FOTO

Qəzalar 29 Fevral 2020 08:15 Oxunub 815
Bakıda idarəetmədən çıxan avtomobil digər minik maşınını aşırıb - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Zərbənin təsirindən sonuncu nəqliyyat vasitəsi aşıb və yanacaq çəni zədələndiyi üçün ətrafa benzin dağılıb

Bakının Səbail rayonunda yol-nəqliyyat hadisəsi zamanı avtomobil aşıb. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, hadisə Mehdi Hüseyn küçəsində qeydə alınıb. Bağırov Elxan Ramil oğlu idarə etdiyi "Mercedes" markalı avtomobillə hərəkətdə olan zaman sükana nəzarəti itirib. Nəticədə avtomobil yol kənarında hərəkətsiz vəziyyətdə dayanan və Muradov Hünər Razət oğluna məxsus "VAZ 2104" markalı avtomobilə çırpılıb. Zərbənin təsirindən sonuncu nəqliyyat vasitəsi aşıb və yanacaq çəni zədələndiyi üçün ətrafa benzin dağılıb. Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib. Yola dağılan yanacaq yuyulub.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh