Bakıda yük avtomobili öz-özünə hərəkətə gələrək qəzaya uğrayıb - FOTO

Qəzalar 29 Fevral 2020 08:30 Oxunub 1187
Bakıda yük avtomobili öz-özünə hərəkətə gələrək qəzaya uğrayıb - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə Hüseyn Cavid prospektində qeydə alınıb

Bakının Yasamal rayonunda avtoqəza baş verib. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, hadisə Hüseyn Cavid prospektində qeydə alınıb. İritutumlu qoşqulu yük avtomobili hərəkətsiz vəziyyətdə yol kənarında dayanarkən qəfildən hərəkətə gəlib. Nəticədə avtomobil yol kənarındakı ağac və səkiyə çırpılıb. Hadisədən sonra sürücü Baba Əliyev hadisə yerinə gəlib. O, APA-ya bildirib ki, avtomobilini park edərək ərazidən uzaqlaşıb. Lakin nəqliyyat vasitəsi hündürlükdən aşağıya doğru öz-özünə hərəkətə keçib.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh