Avtosfer.az | Reklam
İçində tabut olan ölü maşınını qaçırıb yüksək sürətlə qəza törətdi - VİDEO
Avtodünya 29 Fevral 2020 12:00 786 dəfə oxunub
İçində tabut olan ölü maşınını qaçırıb yüksək sürətlə qəza törətdi - VİDEO
Cinayətkar maşını düz kilsənin qarşısından oğurladı

Los-Ancelesdə bir kişi ölü daşıyan “Lincoln Navigator” avtomobilini içində cəsədlə birlikdə qaçıraraq, sıx bir yolda «yarış» keçirib, qəza törətdi.

Avtosfer.az xəbər verir ki, polisin dediyinə görə, Ceyms Juarez adlı bir şəxs cümə axşamı səhər Pasadenadakı yunan pravoslav kilsəsininin qarşısında park edilmiş qara rəngdə olan ölü daşıyan avtomobili oğurlayıb.

Qaçırma barədə polisə məlumat verildikdən sonra, Los-Ancelesdəki şerif sosial şəbəkələr vasitəsi ilə oğrunu verdiyi bir sıra səhv qərarlardan sonra düzgün qərar verməyə və tabutu və cəsədi maşınla birlikdə qaytarmağa çağırdı. Nəticədə, avtomobili görən təsadüfi şahid polisi hadisə yerinə çağırıb.

Tabut və cəsəd xəsarət almayıb. Polis mərhumun ailəsinə cəsədi təhvil verib və başsağlığını bildirib.

Nazim Nadiroğlu

 

VIDEO
ŞƏRH YAZ
Ad
E-mail
Şərh