Tovuzda avtomobil qaçıran şəxs saxlanıldı

Gündəm 29 Fevral 2020 12:45 Oxunub 744
Tovuzda avtomobil qaçıran şəxs saxlanıldı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Araşdırma aparılır

Gədəbəy rayon sakininin avtomobili qaçırılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, fevralın 28-də Tovuz rayonunun Ceyrançol adlanan ərazisindən Gədəbəy rayon sakini A.Məmmədova məxsus “VAZ-21015” markalı avtomobilin qaçırılması barədə Tovuz Rayon Polis Şöbəsinə (RPŞ) məlumat daxil olub.

Tovuz və Şəmkir RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Şəmkir rayon sakini R.Veyisov saxlanılıb.

Araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh