Gədəbəydə “VAZ” ilə “Mitsubishi” toqquşdu: 2 ölü, 3 yaralı

Qəzalar 29 Fevral 2020 14:30 Oxunub 974
Gədəbəydə “VAZ” ilə “Mitsubishi” toqquşdu: 2 ölü, 3 yaralı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Araşdırma aparılır

Gədəbəy rayonunda 2 nəfərin ölümü, 3 nəfərindən xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, fevralın 28-də saat 11 radələrində Gədəbəy rayonunun Düzyurd kəndi ərazisində rayon sakini Ruslan Hüseynovun idarə etdiyi “VAZ-21011” və Gədəbəy şəhər sakini M.Tağıyevin idarə etdiyi “Mitsubishi Pajero” markalı avtomobillər toqquşub.

Nəticədə R.Hüseynov, arvadı Nüşabə və digər 2 sərnişini, habelə digər sürücü xəsarətlə xəstəxanaya yerləşdirilib, R.Hüseynov və N.Hüseynova orada ölüblər.

Gədəbəy RPŞ tərəfindən araşdırma aparılır.

 

Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh