İtkin düşmüş 5 nəfər tapılaraq ailəsinə təhvil verilib

Gündəm 29 Fevral 2020 14:45 Oxunub 690
İtkin düşmüş 5 nəfər tapılaraq ailəsinə təhvil verilib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Axtarışda olan 34 nəfər saxlanılıb

Bakının polis orqanları tərəfindən qeydə alınan cinayət və hadisələrin statistik məlumatları açıqlanıb. Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, fevralın 28-də paytaxtda keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 30 cinayətin üstü açılıb. Onlardan 5-i əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdir. Quldurluq 1, xuliqanlıq üzrə 2, narkotiklərlə əlaqəli 6, baş verən oğurluq hadisələri ilə əlaqədar daha 15 faktın açılması tədbirlərlə təmin olunub.

Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 34 nəfər saxlanılıb.

İtkin düşmüş kimi axtarışı elan olunan 5 nəfər tapılaraq ailəsinə təhvil verilib.

 

Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh