Lüks avtomobilləri daşıyan TIR aşdı: maşınlar əzik-əzik oldu - FOTO

Qəzalar 29 Fevral 2020 16:45 Oxunub 1807
Lüks avtomobilləri daşıyan TIR aşdı: maşınlar əzik-əzik oldu - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırmalara başlanılıb

Türkiyənin Bursa vilayətində zavoddan yeni çaxan lüks avtomobilləri daşıyan TIR aşıb. Avtosfer.az yerli KİV-ə istinadən məlumat verir ki, insident Gemlik rayonunda qeydə alınıb.

Məlumata görə, Bursa-İstanbul avtomagistralı üzərində yerləşən “Renault” zavodundan çıxan yeni avtomobilləri daşıyan TIR, sürücünün idarəetməsindən çıxaraq yol kənarındakı su drenajına aşıb. Nəticədə yük maşınının sürücüsü yüngül xəsarətlər alıb, TIR-da olan nəqliyyat vasitələri isə yararsız vəziyyətə düşüb.

Ətrafdakı sürücülərin çağırışı ilə, hadisə yerinə polis və xilasetmə xidmətinin əməkdaşları gəliblər. Xilasetmə xidmətinin əməkdaşları qaldırıcı kran vasitəsi ilə, TIR-ın üzərindən aşaraq yolu bağlayan avtomobilləri ərazidən uzaqlaşdırıblar, bağlanan yolsa yenidən nəqliyyatın hərəkətinə açılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh