“Ford” ötmə zamanı əks yola çıxaraq “Renault”la toqquşdu – VİDEO

Avtosfer TV 29 Fevral 2020 17:30 Oxunub 1336
“Ford” ötmə zamanı əks yola çıxaraq “Renault”la toqquşdu – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə nəticəsində 1 nəfər ölüb, daha 3-ü isə xəsarət alıb

Rusiyada 1 nəfərin ölümü, 3 nəfərin də xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsinin görüntüləri təhlükəsizlik kamerasına düşüb. Avtosfer.az xəbər verir ki, insident Kaluqa əyalətində qeydə alınıb.

Kadrlarda, sürücünün “Ford” markalı minik avtomobilinin yüksək sürətlə idarə etdiyi, ötmə əməliyyatı zaman yolun əks istiqamətinə çıxdığı və qarşıdan gələn “Renault” markalı minik maşını ilə toqquşduğu görülür. Qəzanın şiddətində hər iki nəqliyyat vasitəsinin ön hissəsi deformasiyaya uğrayır.

Qəzada “Renault”ın sürücüsü hadisə yerində dünyasını dəyişib. "Ford"da olan 3 nəfər (2-si uşaq, 1-i qadın) isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıblar.

Faktla bağlı “Ford” sürücüsü barəsində isə cinayət işi açılıb, araşdırmalar aparılır.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh