Azərbaycanda avtomobillərin icbari sığortası bazarı 6% böyüyüb

Avtoxəbər 29 Fevral 2020 19:15 Oxunub 1458
Azərbaycanda avtomobillərin icbari sığortası bazarı 6% böyüyüb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hər 100 manatı 87,5%-i müştərilərə geri ödənilib

Bu ilin yanvar ayında Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 6,925 milyon manat sığorta haqqı toplanılıb.

Avtosfer.az-ın məlumatına görə “Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,3% çoxdur.

Son 1 ildə avtomobillərin icbari sığortası üzrə ödənişlər isə 11,55% artaraq 6,059 milyon manata çatıb.

Ötən il bu sığortadan toplanmış hər 100 manatı 87,5%-i müştərilərə geri ödənilib. Bu rəqəm 1 il bundan əvvəl 83,4 manat olub. 

Gültən

ŞƏRH YAZ
Ad

E-mail

Şərh