Bakıda keçiddən keçməyən piyadanı maşın vurub öldürdü - VİDEO - FOTO

Qaydalar 1 Mart 2020 08:15 Oxunub 2877
Bakıda keçiddən keçməyən piyadanı maşın vurub öldürdü - VİDEO - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yaralı aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib

Paytaxtın Sabunçu rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Avtosfer.az Baku TV -a istinadən xəbər verir ki, hadisə metronun “Koroğlu” stansiyasının qarşısında qeydə alınıb. Şəxsiyyəti hələlik məlum olmayan təxminən, 50-55 yaşlı kişi piyadalar üçün nəzərdə tutulmayan yerdən yolu keçmək istəyib. Bu zaman onu taksi fəaliyyəti ilə məşğul olan Əlizadə Həsrət Asif oğlunun idarə etdiyi “Mercedes” markalı avtomobil vurub.

Yaralı aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.

Meyitin üzərindən şəxsiyyətini təsdiq edən sənəd aşkarlanmadığından kimliyini müəyyən etmək mümkün olmayıb.

Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sabunçu Rayon şöbəsinə təhvil verilib.

Hadisənin təfərrüatı araşdırılır.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh