Koronavirusla bağlı sürücü və sərnişinlərə VACİB TÖVSİYƏLƏR

Qaydalar 1 Mart 2020 14:54 Oxunub 3980
Koronavirusla bağlı sürücü və sərnişinlərə VACİB TÖVSİYƏLƏR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sadəcə diqqətli olun. Belə hallar üçün əsas prinsip “Özünü qoru!” prinsipidir

Son günlər ölkəmizdə koronovirusla bağlı cəmiyyətdə narahatlıq var. Avtosfer.az xəbər verir ki, hüquqşünas Ərşad hüseynov bununla bağlı sürücülərə və sərnişinlərə tövsiyələr verib. 

Koronavirusla bağlı sürücülərə tövsiyələr…
1. Avtomobilinizin sükanı və ötürmələr qutusunun dəstəyi istənilən zamanda ən əlverişli mikrob yuvasıdır. Onları tibbi spirt və ya həkimlərin məsləhət gördüyü başqa dezinfeksiya vasitələri ilə tez-tez dezinfeksiya edin.
2. Qapı dəstəklərini, eləcə də özünüzün və sərnişinin adət üzrə əllə çox toxunduğu yerləri (qapılardakı və tavanın kənarlarındakı əl tutacaqlarını və s.) də tez-tez dezinfeksiya edin.
3. Avtomobilinizdə sağlamlığına əmin olmadığınız sərnişin olduqda onun düşməsindən sonra bütün şüşələri endirməklə, imkan olduqda hətta qapıları açmaqla salon havasını dəyişin, onun toxunduğu yerləri imkan daxilində dezinfeksiya edin.
4. Barmaqlarınızla ağzınıza, burnunuza və gözlərinizə toxunmayın (tıxacda dayanan bəzi sürücülər burnunu eşmək vərdişinə son qoysalar, yaxşı olar)
5. Avtomobilinzdə hər ehtimala tibbi maska saxlamağa çalışın.
Həkimlərin tövsiyə etdiyi ümumi gigiyena qaydalarına da ciddi riyət edin.
Ən başlıcası isə heç bir xəstəlik və ya virusdan qorxmayın. Sadəcə diqqətli olun. Belə hallar üçün əsas prinsip “Özünü qoru!” prinsipidir. Bu prinsipə riayət edərək həm də yaxınlarınızı qoruyacaqsınız.

Koronavirusla bağlı ictimai nəqliyyatda olan sərnişinlərə tövsiyələr…
1. Çalışın ki, maskadan istifadə edəsiniz.
2. Çalışın ki, avtobusda, metroda , qatarda və ya taksidə əl ilə çox az şeyə və ya yerə toxunasınız.
3. Çalışın ki, yalnız burnunuzla nəfəs alasınız. Burun dəlikləri daxil olan havadakı su zərrəciklərini (virusun əsas yayılma vasitəsini) filtirləyə bilir. Həm də burun dəliklərini həkimlərin tövsiyə etdiyi xüsusi mayelərlə və ya məlhəmlərlə (kremlərlə) dezinfeksiya etmək olur.
4. Barmaqlarınızla ağzınıza, burnunuza və gözlərinizə toxunmayın.
5. Hündürdən danışmayın, həmçinin hündürdən danışan adamların yaxınlığında olmamağa çalışın, çünki hündürdən danışan admın ağız suyu zərrəcikləri daha çox miqdarda və daha uzağa səpələnir.
6. Çalışın ki, başqa şəxslərlə yaxın məsafədə birbaşa nəfəs təmasınız olmasın (imkan daxilində heç kimlə yaxın məsafədə üz-üzə dayanmayın).
7. Evə və ya iş yerinə çatan kimi heç nəyə toxunmadan əllərinizi yaxşı yuyun, ağzınızı ilıq suyla yaxalayın, daha sonra su için, burun dəliklərini həkimlərin tövsiyə etdiyi xüsusi mayelərlə (məsələn, az faizli hydrogen-peroksid məhlulu ilə) və ya məlhəmlərlə (kremlərlə) dezinfeksiya edin.
Həkimlərin tövsiyə etdiyi ümumi gigiyena qaydalarına da ciddi riyət edin.

 

Orxan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh