Bu yerdə dayanma-durmaya icazə verilir?- Doğru cavab

Yarışma 2 Mart 2020 10:30 Oxunub 2072
Bu yerdə dayanma-durmaya icazə verilir?-  Doğru cavab
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Oxucumuzu Avtosfer.az saytı adından təbrik edirik

Avtosfer.az saytı ötən həftənin sualının doğru cavabını və qalib gəlmiş oxucunun adını təqdim edir. Sual belədir: Göstərilən yerdə dayanmağa və ya durmağa icazə verilir? 
1) İcazə verilmir
2) İcazə verilir
3) Sərnişin mindirib-düşürmək üçün icazə verilir.
4) Avtomobil nasaz olan vəziyyətdə dayanmağa icazə verilir.
Sualın doğru cavabı belədir: Göstərilən yerdə həm dayanmağa, həm də durmağa icazə verilir. Yol Hərəkəti Haqqında Qanunun 64-cü madəsinin VI hissəsində qeyd olunub ki, dayanma və durmanı qadağan edən 3.27 nişanının qüvvəsi nişanın qoyulduğu yerdən ən yaxın yolayrıcına qədər, yaşayış məntəqələrində yolayrıcı olmadıqda isə yaşayış məntəqəsinin qurtaracağına qədərdir. Təqdim etdiyimiz fotodakı dayanma və durmanı bildirən 3.27 nişanının təsir qüvvəsi 
yaşayış məntəqəsinin sonunu bildirən 5.23 nişanından sonra qüvvədən düşür. Ona görə də 5.23 nişanından sonra dayanma və durmaq qaydalar çərçivəsində olacaqdır.
Sualın ilk düzgün və izahlı cavabını verən Mənsur Əliyev adlı oxucumuz 5 manatlıq danışıq kartı və  "Monza" yağlarından pulsuz yağdəyişmə, eləcə də yağ və filterə 50 faiz endirim qazandı. Oxucumuzu Avtosfer.az saytı adından təbrik edirik.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh