Qəza şəraitini bu cür sürücülər yaradır - Sağla gedib sola dönənlər - VİDEO

Qaydalar 2 Mart 2020 15:34 Oxunub 1715
Qəza şəraitini bu cür sürücülər yaradır - Sağla gedib sola dönənlər - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sola dönməli olduğu halda sağ zolaqla hərəkət edir

Yol qəza hadisələrinin əsas səbəblərindən biri də manevr qaydalarının pozulmasıdır. Çox zaman sürücülər buna adi hal kimi yanaşır. Hətta bunu qayda pozuntusu hesab etməyənlər də var. Amma statistika göstərir ki, ağır yol-nəqliyyat hadisələrinin baş verməsində məhz manevr qaydalarının pozulması böyük rol oynayır. Avtosfer.az-ın təqdim etdiyi video paytaxtın Səməd Vurğun küçəsində qeydə alınıb. BMW markalı avtomobilin sürücüsü sola dönməli olduğu halda sağ zolaqla hərəkət edir. Yolayrıcına çatdıqda isə sola - Üzeyir Hacıbəyov küçəsinə manevr edir. Nəticədə digər sürücülərin yolunu kəsir. 

Qeyd edək ki, küçədə 1.1 xətti çəkilib və zolağı dəyişməyi qadağan edir. Bununla da sola, sağa və düzünə dönmə edənlər üçün şərait yaradılıb. Lakin təəssüflər olsun ki, bu cür sürücülərin ucbatından qəza halları, tıxaclar baş verir. Hər bir sürücü dönəcəyi istiqamət üzrə əvvəlcədən sağ və ya sol zolağı tutmalıdır. Bu sürücüyə konkret bu fakta görə 40 manat cərimə düşür.

Videonu təqdim edirik:

 

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh