Yol polisləri küçədə yıxılan şəxsə belə kömək etdi - TƏŞƏKKÜR

Xəbərlər 3 Mart 2020 20:11 Oxunub 17112
Yol polisləri küçədə yıxılan şəxsə belə kömək etdi - TƏŞƏKKÜR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Elmar Mahmudov yol polislərinə təşəkkür edib

Elmar Mahmudov adlı şəxs Avtosfer.az-a müraciət edərək yol polisi əməkdaşlarına təşəkkürünü bildirib. Onun sözlərinə görə, bu gün səhər saatlarında Xətai rayonu, Telnov küçəsində aptekdən çıxarkən ayağı sürüşüb və betonun üstündə yıxılıb. Qalxıb maşına mindikdən isə özünü pis hiss edib və avtomobili idarə edə bilməyib.

O yaxınlıqda xidmət aparan YPX əməkdaşlarına müraciət edib. 99 YP 411 dövlət nömrə nişanlı patrul avtomobilində xidmət aparan YPX əməkdaşları Elmar Mahmudovun avtomobilini idarə edərək onu yaxınlıqdakı 26 nömrəli poliklinikaya çatdırıblar. Daha sonra isə sürücünün valideynləri və yaxınları xəstəxanaya gəlib. Orada Elman Mahmudov tibbi müayinədən keçirilib və yardım göstərilib.

Bir qədər əvvəl özünə gəldiyini deyən sürücü bu davranışlarına görə yol polislərinə təşəkkür etmək istəsə də onlarla əlaqə yarada bilməyib. Lakin Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədovla əlaqə saxlayaraq həmin əməkdaşlara minnətdarlığını bildirib. 

Avtosfer.az-ın əldə etdiyi məlumata görə, həmin YPX əməkdaşları polis baş serjantları Nicat Ələsgərov və İlkin Qurbanovdur. Avtosfer.az-a açıqlamasında YPX əməkdaşları bildiriblər ki, hər bir vətəndaşın daim keşiyində dayanmaqla fəxr edirlər. 
Qeyd edək ki, Elmar Mahmudov Xəzər televiziyasının əməkdaşıdır.

 

Orxan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh