300 minlik maşınla qəza törətdi, təhlükəsizlik yastıqları açılmadı - FOTO

Avtosfer Foto 3 Mart 2020 12:02 Oxunub 2137
300 minlik maşınla qəza törətdi, təhlükəsizlik yastıqları açılmadı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücü avtomobili aldığı firmanı məhkəməyə verəcəyini bildirib

Türkiyənin Aydın vilayətində qəzaya uğrayan lüks avtomobilin təhlükəsizlik yastıqları açılmayıb. Avtosfer.az xəbər verir ki, insident ötən gün axşam saatlarında Quş adası rayonunda qeydə alınıb.

Məlumata görə, sürücü idarə etdiyi “Mazda CX-9” markalı minik avtomobillə, hərəkətdə olan zaman naməlum səbəblərdən sükan idarəetməsini itirib və yol ayrıcındakı istiqamət bildirici dirəyə çırpılıb. Zərbənin təsirindən avtomobil ön hissəsi deformasiyaya uğrayıb. 

Xoşbəxtlikdən hadisə nəticəsində ölən və ya xəsarət alan olmayıb. Ancaq, qəza vaxtı 300 min lirəlik (89.000 AZN) avtomobilin təhlükəsizlik yastıqları açılmayıb. Bundan hiddətlənən sürücü, avtomobili aldığı firmanı məhkəməyə verəcəyini bildirib.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh