Qanun tanımayan sürücünün təhlükəli hərəkətləri: 6 bal 160 manat cərimə - VİDEO

Qaydalar 3 Mart 2020 13:25 Oxunub 1652
Qanun tanımayan sürücünün təhlükəli hərəkətləri:  6 bal 160 manat cərimə - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücü 1 dəqiqə ərzində bir neçə kobud qayda pozdu

Xırdalan şəhərində qaydaları saymayan sürücü Avtosfer.az-ın kamerasına düşüb. Belə ki, fevralın 29-u Xırdalan şəhəri Qalubiyyə küçəsi ilə hərəkət edən 99-AJ-301 qeydiyyat nişanlı "Daewoo" markalı avtomobilin sürücüsü yolayrıcında quraşdırılmış 2.5 stop nişanının tələbini pozaraq dayanmadan hərəkət edib. Bu zaman o, sola- Mehdi Hüseynzadə küçəsinə dönərkən 1.3 qoşa xəttin tələbini pozaraq əks istiqmətə çıxıb. Sürücü qarşıdakı yolayrıcından sağa- Heydər Əliyev prospektinə dönərkən svetoforun qırmızı işığında hərəkət edərək soldan gələn avtomobilə maneə törədib.

Görüntüləri sizə təqdim edirik. 

 

Təbriz

ŞƏRH YAZ
Ad

E-mail

Şərh