Yol hərəkəti qaydaları uşaqlara düzgün təqdim edilmir: Nazirliyin diqqətinə - FOTO

Qaydalar 3 Mart 2020 15:30 Oxunub 6791
Yol hərəkəti qaydaları uşaqlara düzgün təqdim edilmir:  Nazirliyin diqqətinə - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qanunda olmayan nişanlar tədris kitabına salınıb

Uşaqların yol hərəkəti qaydaları ilə bağlı ilkin maarifləndirmə işlərinin aparılması üçün məktəbəqədər hazırlıq dərs vəsaiti tədris olunur. Lakin həmin kitabdakı bəzi yol nişanları düzgün hazırlanmayıb. Oxuculardan biri həmin kitabdakı fotoşəkilləri Avtosfer.az-ın elektron ünvanına göndərib. Yol Hərəkəti Haqqında Qanunun qadağan nişanları sırasında olan velosipedlərin hərəkətini qadağan edən 3.9 nişanı və nizamlanmayan piyada keçidi barədə xəbərdarlıq edən 1.20 nişanı yanlış formada hazırlanıb. Kitabda "velosipedlə hərəkət qadağandır" nişanının üzərindən qırmızı xətt çəkilib, "piyada keçidi"ni bildirən xəbərdaredici nişanın haşiyəsi isə göy rənglə boyanıb. 

Səhvlərdən biri də piyadaların yolu keçməsi ilə bağlıdır. Həmin kitabın digər səhifəsində nizamlanan piyada keçidində uşaqların yolu qırmızı işıqda keçməsi göstərilib. Bu səhv uşaqlarda yanlış fikir formalaşdıra bilər.

Qaydaların və yol nişanlarının bu cür yanlış formada uşaqlara təqdim edilməsi arzuolunmaz haldır. Gələcəkdə bu cür səhvlərə yol verilməməsi üçün Təhsil Nazirliyi kitabın hazırlanmasında Dövlət Yol Polisi İdarəsi ilə birgə əməkdaşlıq etməlidir. 

 

Təbriz

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh