Yağışlı havada bu hərəkəti etsəniz cərimələnəcəksiniz - VİDEO

Qaydalar 3 Mart 2020 16:25 Oxunub 2620
Yağışlı havada bu hərəkəti etsəniz  cərimələnəcəksiniz - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəsdən su sıçradılmasına görə sürücüyə 40 manat cərimə nəzərdə tutulub

Yağışlı havada su sıçradan sürücü kameraya düşüb. Avtosfer.az xəbər verir ki, görüntülər Xırdalan şəhərində qeydə alınıb. Görüntüdən aydın şəkildə görünür ki, güclü yağan yağış nəticəsində yolun hərəkət hissəsinə yağış suları yığılıb. Həmin yolda hərəkət edən "Mitsubishi" markalı avtomobilin sürücüsü yığılmış yağış suyunu nəzərə almadan sürətlə hərəkət edib. Bu zaman qarşıdan gələn avtomobilin üzərinə su sıçradıb. 

Sürücülərə tövsiyə edirik ki, yağışlı havalarda hərəkət edərkən piyadaların və avtomobillərin üzərinə su sıçratmamaq üçün hərəkət sürətini aşağı salsınlar. Qəsdən su sıçratmağa görə qanunvericilikdə cərimə də nəzərədə tutulub. İnzibati Xətalar Məcəlləsinin 342.1.5- ci maddəsində su və ya palçığın yolda piyadalara, binalara və nəqliyyat vasitələrinə qəsdən sıçradılmasına görə sürücüyə 40 manat məbləğində cərimə nəzərdə tutulub.

 

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh