Yolun ortasında anlaşılmaz idman - Onlar həyatlarını təhlükəyə atır - VİDEO

Qaydalar 3 Mart 2020 21:30 Oxunub 2021
Yolun ortasında anlaşılmaz idman - Onlar həyatlarını təhlükəyə atır  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu fakt polis tərəfindən ciddi şəkildə araşdırılacaq

Bakıda bir qrup gənc yolun ortasında İki nəfər yolda idman hərəkətləri edir, bir nəfər isə onları telefonla çəkir. Görüntülər Bakıda Yasamal rayonu ''Sovetski'' kimi tanınan ərazidəki yolda çəkilib. İki yeniyetmə həyatlarını təhlükəyə ataraq hərəkətin intensiv olduğu yolda yerdən dartınma hərəkəti edirlər.

Onlar sürətlə gələn avtomobilllər yaxınlaşdıqda yolun hərəkət hissəsindən kənara çəkilirlər. Görüntüləri izləyən Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov deyir ki, yeniyetmələrin bu hərəkəti kobud qayda pozuntusudur

Videonu çəkib göndərən hadisə şahidi iddia edir ki, həmin şəxslər avtomobillər yoldan azalan kimi həmin təhlükəli hərəkətlərini təkrarlayıblar...

DYP rəsmisi Vaqif Əsədov dedi ki, bu fakt polis tərəfindən ciddi şəkildə araşdırılacaq.

Bölmə rəisi onu da bildirdi ki, həmin uşaqlar aşkar edildikdən sonra onların valideynlərinə də belə faktların baş verməməsi üçün xəbərdarlıq ediləcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Səvuhi 4 Mart 2020 05:26
Yol hərəkət qaydalarına riayyət etmək hər kəsin borcudur
Səvuhi 4 Mart 2020 05:25
Yol hərəkət qaydalarına riayyət etmək hər kəsin borcudur