Bakının mərkəzində ağlasığmaz görüntülər: Gənclər həyatlarını belə təhlükəyə atdılar - VİDEO

Xəbərlər 4 Mart 2020 08:45 Oxunub 1355
Bakının mərkəzində ağlasığmaz görüntülər: Gənclər həyatlarını belə təhlükəyə atdılar - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bakı Şəhər Yol Polisi İdarəsi faktla bağlı müfaviq araşdırma aparır

Bakıda üç gənc avtomobil yolunda hərəkət edərək, digər sürücülərə təhlükəli anlar yaşadıb. Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, ssenari əsasında qurulmuş aksion səhnəsini xatırladan bu görüntülər paytaxtın Tbilisi prospektində qeydə alınıb. Ayaqlarında rolik olan iki gənc motosikletdən yapışaraq, sürətlə avtomobillərin arasından keçərək, nəqliyyat vasitələrinə təhlükəli anlar yaşadıb.

Bu azmış kimi, ekstrimi sevən gənclər hətta ötmə, həmçinin, sağa-sola dönmə, manevr etmə hərəkətlərini yerinə yetiriblər.

Bu hərəkətləri ilə öz həyatları ilə yanaşı, digərlərinin də həyatını təhlükəyə atan bu şəxsləri müvafiq cəza gözləyir.

Hazırda Bakı Şəhər Yol Polisi İdarəsi faktla bağlı müfaviq araşdırma aparır.

Onların şəxsiyyətlərinin müəyyənləşdirilməsi istiqamətində tədbir görülür.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh